İŞİD-in qərargahı yerlə-yeksan edildi

21-03-2016, 13:43           
İŞİD-in qərargahı yerlə-yeksan edildi
Qərb koalisiyasına məxsus hərbi təyyarələr İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərini bombalayıb.

Publika.az xəbər verir ki, bombardman İŞİD-in döyüşçüləri tərəfindən həvəskar kamera ilə qeydə alınıb.

Martın 19-da edilən bombardman zamanı xeyli sayda İŞİD döyüşçüsünün öldüyü və yaralandığı bildirilir.

Məlumata görə, hava hücumunda İŞİD-in kəşfiyyat qərargahı yerlə-yeksan edilib. Qərargah qız tələbələrin təhsil aldığı kollecdə yaradılmışdı.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-ci ilin iyun ayından İŞİD-in nəzarətindədir. Şəhər İraqda İŞİD-in əsas qalası hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru