Yeni terror aktlarının qarşısı alındı - Fransada

25-03-2016, 09:16           
Yeni terror aktlarının qarşısı alındı - Fransada
Fransada yeni terror hücumunun qarşısı alınıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın DİN rəhbəri Bernar Kaznev bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxs Fransa vətəndaşıdır, onun terrorçu şəbəkə ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Nazir qeyd edib ki, həmin şəxsin həbs olunması yüksək hazırlıq səviyyəsinə gətirilmiş terror aktının qarşısını almağa kömək edib.

Qeyd edək ki, bundan əvvəl Brüsseldə xüsusi əməliyyat zamanı 6 nəfər həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru