Britaniyalı deputatdan ermənilərlə bağlı - Bəyanat

2-04-2016, 21:21           

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Blekmen Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəşin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, millət vəkili bildirib ki, uzun müddətdir təmas xəttində gərginlik artmaqda idi:

"Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə qarışmalı və özünün Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru