Moskva MQ həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir

6-04-2016, 09:42           
Moskva MQ həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir
Rusiya ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir və onların rolunu pozmaq cəhdlərinin səmərəsiz olduğunu hesab edir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı ən təsirlisidir və korrektəyə ehtiyacı yoxdur. Hesab edirəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək bu cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat bildirib.

“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə, hər şeydən əvvəl, münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün onlarda siyasi iradənin olmasından asılıdır”, - deyə Lukaşeviç bildirib.

O, əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru