Nazarbayev Yerevandakı tədbiri pozdu - QARABAĞA GÖRƏ

6-04-2016, 14:52           
Nazarbayev Yerevandakı tədbiri pozdu - QARABAĞA GÖRƏ
Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistan səfəri baş tutacaq, lakin Yerevanda Avrasiya İqtisadi Komissiyasının (AİK) sammiti olmayacaq. Bu barədə Armİnfo agentliyi Rusiya diplomatik mənbələrinə istinadən bildirib. Ermənistan hakimiyyətinə yaxın mənbələrin məlumatına görə, sammit Qazaxıstanın təkidilə təxirə salınıb. Qazaxıstan hesab edir ki, Qarabağ münaqişəsinin gərginləşdiyii günlərdə Yerevanda sammitin keçirilməsi Ermənistana birtərəfli dəstək kimi qəbul edilə bilər.

Eyni zamanda RBK təsdiqləyib ki, Yerevan sammitinin təxirə salınmasına səbəb odur ki, bu, Qarabağ münaqişəsi tərəflərindən birinə dəstək kimi başa düşülə bilər. Xatırladaq ki, Rusiya baş naziri Dmitri Medvedevin də iştirak edəcəyi sammit aprelin 7-8-də olmalıydı. (turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru