"Türkiyənin açıqlaması çox qəribədir" - Rusiya XİN-i

8-04-2016, 14:28           
"Türkiyənin açıqlaması çox qəribədir" - Rusiya XİN-i
“Türkiyənin “Alparslan Çeliki ona görə mühakimə edə bilmərik ki, cinayət Suriya ərazisində baş verib” açıqlaması olduqca qəribədir”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov çıxış edib.

“Bu qəribədən də qəribə arqumentdir. Biz hamımız o faciəvi video çarxı görmüşük. Orada Çelik öz dili ilə etiraf edir ki, pilotumuzun qətlində iştirak edib. Biz ümid edirik ki, o, etdiyinə görə sərt cəza çəkəcək” – Meşkov jurnalistlərin sualına cavab verərkən belə deyib.

Xatırladaq ki, Türkiyə vətəndaşı Alparslan Çelik keçən ilin noyabrın 24-də rus Su-24-nün vurulmasından sonra kameralar qarşısında bəyan etmişdi ki, pilotu o, öldürüb. 31 martda isə o, İzmirdə restorandan çıxarkən dostları ilə birgə həbs olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru