“Qara qızıl”dan şad xəbər:Rusiya ilə Səudiyyə Ərəbistanı anlaşdı

12-04-2016, 23:54           

Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatı səviyyəsini sabit tutmaq mövzusunda razılığa gəliblər.

Strateq.az xəbər verir ki, iddianı rus xəbər agentliyi “İnterfaks” irəli sürüb.

İddiaya görə, 17 aprel tarixində Qətərin paytaxtı Dohada keçiriləcək neft zirvəsindən əvvəl Rusiya və Səudiyyə Ərəbistanı nümayəndələri bir araya gələrək, bu qərarı veriblər.

Xəbərdə İranın neft istehsal səviyyəsini gündəlik 4 milyon barrelə çıxarana qədər istehsalı azaltmaq təklifiylə razılaşmayacağını açıqlamasına rəqmən, Səudiyyə Ərəbistanı və rus səlahiyyətlilərinin bu gün keçirdikləri yığıncaqda bunu qəbul etdikləri bildirilir. Halbuki, rəsmi Riyad bir müddət əvvəl başda İran olmaqla, bütün neft hasilatçılarının həmin razılığa əməl etməsini şərt qoyurdu.

Ekspertlər də məhz bu arqumentə əsaslanıb razılığın əldə olunmayacağını düşünürdülər. İndisə yayılan son məlumatlar ekspertlərin yayılacağına ümid yaradır.

Bu imid dünya bazarındakı qiymətlərə də müsbət təsir göstərib. Bədbin proqnozlarla son 2 gündə ucuzlaşan qiymətlər xəbərin ardından yenidən yüksəlişə keçib. “Brent” markalı neftin bir barreli 4%-dən çox artaraq, 44.73 dollara qədər qalxıb. Ayın 17-də keçiriləcək sammitdə də tərəflər öz vədlərinə əməl etsələr, qiymətlərin 50 dolların üstünə çıxacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru