Yaponiyada silsilə zəlzələ baş verib - Ölən və yaralananlar var

14-04-2016, 23:56           

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb.

Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. TNK telekanalı orada 20 binanın uçduğunu, yanğınların baş verdiyini və magistral yolunun sıradan çıxdığını bildirir.

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq 4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru