Seul peyk vasitəsilə Şimali Koreya ərazisini iki saatdan bir izləyə biləcək
3-11-2025, 16:44
Cənubi Koreyanın sayca beşinci kəşfiyyat peyki "Falcon 9" raketi vasitəsilə orbitə çıxarılıb. Bu barədə Cənubi Koreyann Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, raket ABŞ-nin Florida ştatında yerləşən Kenaveral burnundan buraxılıb.
Peyk raketin buraxılışından 14 dəqiqə sonra orbitə çıxıb.
Xatırladaq ki, Cənubi Koreya ilk kəşfiyyat peykini 2023-cü ilin dekabr ayında orbitə buraxıb. Peyklər qrupu Şimali Koreyanın ərazisi üzərində iki saatlıq fasilələrlə daimi müşahidəni təmin etmək üçün nəzərdə tutulub.