Zatulin: Ermənistandakı seçkilərin nəticələrini qəbul etmirik

Bu gün, 09:10           
Zatulin: Ermənistandakı seçkilərin nəticələrini qəbul etmirik
Ermənistandakı seçkilərin nəticələrini qəbul etmirik– Korrekt.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının MDB Məsələləri Komitəsinin birinci müavini, Rusiya MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin bildirib.

“Amma biz Ermənistanla ittifaqda olduğumuz və ənənəvi olaraq əlaqələr qurduğumuz üçün, hazırda ədalətsiz, qeyri-demokratik seçkilər nəticəsində hakimiyyətdə qalan şəxslər tərəfindən idarə olunması faktına əsaslanaraq onunla işləməyə davam edəcəyik,” – deyə bildirib.

“Moskva prinsipial mövqe tutmalıdır. Və mənim fikrimcə, bu prinsipial mövqe belə olmalıdır ki, keçirilən seçkiləri heç bir halda demokratik və ümumi qəbul olunmuş standartlara uyğun hesab edə bilmərik. Əksinə, müxalifət qüvvələrinə və onların liderlərinə qarşı təzyiq göstərilib və bu təzyiq seçkilərdən sonra da davam edir və dərinləşir,” -deyə Rusiya Dövlət Dumasının MDB Məsələləri Komitəsinin birinci müavini, Rusiya MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru