Dünya futbolunun yeni superulduz namizədi, "Leypsiq"in 19 yaşlı futbolçusu Yan Diomandenin ölən bacısına yazdığı məktub
Bu gün, 09:08

Dünya futbolunun yeni superulduz namizədi, "Leypsiq"in 19 yaşlı futbolçusu Yan Diomandenin Kot-d'İvuar (Fil Dişi Sahili) millisi ilə Dünya Çempionatına yollanmazdan əvvəl, ötən il hələ 15 yaşında ikən itirdiyi bacısı üçün yazdığı məktub yayımlanıb.
Diomandenin məktubdakı sözləri hər kəsi duyğulandırıb:
"Kimsənin mənə saxta bir "Yunayted" forması aldığını və arxasına qara markerlə 'Ronaldo 7' yazdığımı xatırlayırsan? Oturub Fransaya köçmək xəyalları qurduğumuz günlər yadındadır?
Alış-verişə çıxacağımızı, özümüzə aid bir evimizin olacağını, maşınları və böyük mülkü olan zəngin bir futbolçu olacağımı, sənin isə artıq heç nəyə görə narahat olmayacağını danışırdıq...
Hər kəs mənimlə lağ edəndə, mənim növbəti Kriştianu olacağıma hər zaman inanan tək insan sən idin.
Məni "Bornmut", "Çelsi", "Reyncers", 'Olimpiakos' və "Kristal Pelas"da sınaqlara aldılar... Hətta MLS-in əvəzedici komandaları belə məni istəmədi.
Səbəbini heç özümüz də bilmədik. Vizamın vaxtı bitdi. Xəyalım puç oldu. Məni Afrikaya geri göndərdilər və biz birlikdə ağladıq.
İnanmaqdan əsla vaz keçməyən tək insan sən idin. Bir neçə həftə sonra "Leqanes" ilə müqavilə imzaladım və bu dəfə tamamilə fərqli göz yaşları tökdük.
Bu gün isə mən heç nə hiss etmirəm. Sanki artıq insan belə deyiləm. Sən rəhmətə gedəndən bəri içim bomboşdur.
Telefonu açdım və şoku yüngülləşdirməyə belə çalışmadılar. Heç bir duyğu yox idi. Sadəcə, "Bacın öldü" dedilər. Bir partidə stəkanına nəsə atıblar və bir daha heç vaxt ayılmayıb. Getdi... Hələ 15 yaşın var idi. 15 yaş...
Sabah Dünya Çempionatı üçün yola düşürük. Qardaşın Kot-d'İvuar üçün oynayacaq; Droqba kimi, Yaya kimi, Jervinyo kimi.
Hər qol vuranda bütün dünyanın sənin adını öyrənməsini təmin edəcəyəm. Sənin öncədən gördüyün o xəyalı reallaşdıracağıma and içirəm. Haqlı olduğunu sübut edəcəyəm, ya da bunu sınayarkən öləcəyəm".
9LuG

