DÇ matçında futbolçunun ayağı sındı – Dəhşətli anlar – Video

Bu gün, 09:21           
DÇ matçında futbolçunun ayağı sındı – Dəhşətli anlar – Video
Dünya Çempionatı çərçivəsində keçirilən Kanada – Qətər matçında Kanada millisinin futbolçusu İsmael Kone ciddi zədə alıb.

Epizod Qətər millisinin yarımmüdafiəçisi Assim Ömər Madibo ilə mübarizə zamanı baş verib.

Toqquşmadan sonra ayağı sınan Kone meydanı xərəkdə tərk edib və tibbi heyət dərhal ona müdaxilə edib.

Qətər yığmasının oyunçusu əvvəlcə sarı vərəqə ilə cəzalandırılıb, daha sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qərardan sonra Qətər milli komandası meydanda 9 nəfərlə qalıb və oyunu azlıqda davam etdirmək məcburiyyətində olub.

***

Matç Kanadanın Qətər üzərində 6:0 qələbəsi ilə başa çatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru