Sülh üzrə Nobel mükafatı laureatı Trampı hərbi eskalasiyaya çağırdı

4-11-2025, 00:10           
Sülh üzrə Nobel mükafatı laureatı Trampı hərbi eskalasiyaya çağırdı
Bu il Sülh üzrə Nobel mükafatını qazanan venesuelalı siyasətçi Maria Korina Maçado ABŞ Prezidenti Donald Tramp administrasiyasını regionda hərbi eskalasiyaya çağırıb.

Tribunainfo.az “The Latin Times” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, bu, Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yoludur.

“Təzyiqin və eskalasiyanın gücləndirilməsi – Maduroya getmək vaxtının gəldiyini başa salmaq üçün yeganə yoldur”, – o deyib.

Bundan əlavə, Maçado rejimin mümkün süqutundan sonrakı ilk 100 saat üçün konkret fəaliyyət planının olduğunu bildirib.

Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ​ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan o, seçkilərdə başqa namizədlə əvəzlənib. 58 yaşlı siyasətçi 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru