Çində qəribə restoran: Aşpazlar kunq-fu texnikasından istifadə edərək yeməklər hazırlayırlar

5-11-2025, 15:44           
Çində qəribə restoran: Aşpazlar kunq-fu texnikasından istifadə edərək yeməklər hazırlayırlar
Çinin Xyanyan şəhərində qəribə restoran açılıb.

Oxu.Az xəbər verir ki, burada işləyən aşpazlar qeyri-adi bacarıqlara sahibdirlər.

Yemək bişirənlər bəzən kunq-fu texnikasından istifadə edirlər.

Restoranın interyeri Qədim Çin bağlarına bənzədilib. Bundan əlavə, işçilərin bəziləri həmişə "Kondor Qəhrəmanlarının Əfsanəsi" filmindən kostyum geyinirlər.

Məkan sahibləri yemək bişirməyi tamaşaya çeviriblər. İşçilərdən biri gözlərini yumaraq yeməklər hazırlayır. Bunun səbəbi həmin işçinin oynadığı rolda obrazının kor kimi təsvir olunmasıdır.

Məlum olur ki, burada çalısan aşpazların hamısı əvvəllər teatr bacarıqları üzrə təlim keçiblər. Mətbəxdə işlədikdən sonra bəzən restoran səhnəsində çıxış edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru