Almaniya Rusiya vətəndaşlarına ölkəyə girişi qadağan edir –SƏBƏB

6-11-2025, 11:44           
Almaniya Rusiya vətəndaşlarına ölkəyə girişi qadağan edir –SƏBƏB
Almaniya biometrik pasportu olmayan Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək.

AzPost bildirir ki, bu barədə Almaniya səfirliyinin açıqlamasında deyilir. 1 yanvar 2026-cı il tarixindən etibarən Rusiya vətəndaşları yalnız on illik biometrik pasporta sahib olduqları təqdirdə Almaniya vizası ala biləcəklər.

Beş illik qeyri-biometrik pasportlardan yalnız artıq etibarlı Almaniya vizası olduqda istifadə etmək olar. Almaniya ilin sonuna qədər bu pasport sahiblərinə viza verməyə davam edəcək.

“Əgər siz artıq viza ərizəsi təqdim etmisinizsə və ərizə 31 dekabr 2025-ci il tarixinə qədər işlənməyibsə, onu almaq üçün əlavə olaraq Rusiya biometrik pasportu təqdim etməlisiniz”, – deyə Almaniya səfirliyi izah edir.

Oxşar qərarlar artıq Fransa, Danimarka, Çexiya, Estoniya, Latviya, Litva və Şengen zonasının bir hissəsi olan İslandiya tərəfindən qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru