Maduroya görə Putin də həbs olunacaq? – Tramp açıqladı

10-01-2026, 15:52           
Maduroya görə Putin də həbs olunacaq? – Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə neft və qaz şirkətinin rəhbərləri ilə keçirdiyi görüşdə jurnalistlərin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin “Venesuela işi” çərçivəsində həbs edilib-edilməyəcəyi ilə bağlı suala münasibət bildirib.

Jurnalist Ukrayna lideri Volodimir Zelenskinin Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı sözlərini xatırladıb. Zelenski, “Əgər diktatorlarla belə davranmaq mümkündürsə, onda ABŞ nə edəcəyini bilir”, – deyə qeyd edib. Jurnalist belə olan halda Putinin də həbs edilib-edilməyəcəyi sualını ünvanlayıb.

Tramp isə buna ehtiyac olmadığını bildirib:

“Düşünmürəm ki, buna ehtiyac olacaq. Putinlə həmişə əla münasibətlərimiz olub. Çox məyus oldum. Səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, orta mürəkkəblikli müharibə və ya bəlkə də ən asan müharibələrdən biri olacaq. Son bir ayda əksəriyyəti rus əsgərləri olan 31 min insan ölüb və Rusiya iqtisadiyyatı dəhşətli vəziyyətdədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]