İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

11-01-2026, 09:24           
İranın baş prokuroru etirazçıları ölümlə hədələdi
İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir, davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

Tribuna.az xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.

“Bütün etirazçılar “Allahın düşmənləri” (və ya “mohareb”) kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək”, – ölkənin baş prokuroru bildirib.

O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.

Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]