Tramp administrasiyası İrana zərbə endirilməsi variantlarını müzakirə edir - "The Wall Street Journal"

11-01-2026, 12:28           
Tramp administrasiyası İrana zərbə endirilməsi variantlarını müzakirə edir - "The Wall Street Journal"
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün hərbi zərbələrə dair variantları ilkin səviyyədə müzakirə edib.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar mümkün hədəflər üzərində cəmlənib. Variantlardan biri hərbi obyektlərə qarşı genişmiqyaslı hava zərbələrinin endirilməsini nəzərdə tutur.

Digər mənbə bildirib ki, fəaliyyət planı ilə bağlı hələlik yekdil mövqe yoxdur.

Mənbələrin sözlərinə görə, bu müzakirələr “adi planlaşdırma” prosesinin bir hissəsidir və yaxın zamanda hücumun baş verəcəyinə dair əlamət yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]