ABŞ İrana hücum etməyi planlaşdırır- KİV

12-01-2026, 11:24           
ABŞ İrana hücum etməyi planlaşdırır- KİV
ABŞ ölkədəki etirazlar fonunda "yaxın həftələrdə" İrana hücum etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr "İran İnternational"a bildiriblər.

Mənbənin sözlərinə görə, ABŞ ötən həftə çoxlu hərbi texnikanı Yaxın Şərqə göndərib və bu proses qarşıdakı günlərdə də davam edəcək.

Qeyd olunub ki, İsrail yalnız ABŞ-nin addımından sonra və yalnız İranın İsrailə hücum etməsi və ya belə hücum niyyətinin açıq əlamətlərini göstərməsi halında əməliyyata qoşulacaq.

Daha əvvəl "Reuters" agentliyi İsrailin son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin İrandakı vəziyyətə müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumat aymışdı.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə dəfələrlə İrana müdaxilə ehtimalından danışıb və İran rəsmilərini etirazların zorla yatırılmaması barədə xəbərdar edib.

Sonuncu dəfə ABŞ ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə zamanı bu ölkəyə hava zərbələri endirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]