Tehranda etirazlarda ölənlərlə bağlı DƏHŞƏT - Cəsədlərini...

12-01-2026, 12:14           
Tehranda etirazlarda ölənlərlə bağlı DƏHŞƏT - Cəsədlərini...
Sosial şəbəkələrdə yayılan sensasiyalı məlumata görə, Tehranın Kahrezək məhkəmə-tibbi ekspertiza mərkəzinə aid olduğu iddia edilən 12 video görüntü əldə edilib.

Bu videolar 9 yanvar, cümə axşamı günü İranda keçirilən etiraz aksiyaları zamanı həlak olan şəxslərə aiddir.

Məlumatı yayan mənbənin iddiasına görə, sözügedən görüntülər İrandan yeni çıxmış bir şəxs tərəfindən ölkə xaricinə çıxarılıb. Paylaşılan məlumatlarda qeyd olunur ki, cəsədlər yük maşınları ilə mərkəzə gətirilir, həlak olanların yaxınlarına isə meyitlər arasında axtarış aparmaları tapşırılır.

Hazırda bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İranın rəsmi qurumları isə yayılan məlumatlarla bağlı hələlik hər hansı açıqlama verməyib.

Məsələ sosial mediada geniş rezonans doğurmaqda davam edir və ciddi narahatlıqlara səbəb olub.(musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]