ABŞ Maduronu tutmaq üçün naməlum silahdan istifadə edib – “Burnumuzdan qan açıldı, hamımız qəfildən yerə yıxıldıq”

12-01-2026, 12:34           
ABŞ Maduronu tutmaq üçün naməlum silahdan istifadə edib –
Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirilən əməliyyat zamanı Amerika hərbçiləri naməlum səs və ya enerji silahından istifadə ediblər.

Bu barədə “New York Post” qəzeti məlumat verib.

Qəzet Venesuela Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadən bildirir ki, Amerika silahları radarları sıradan çıxarıb və əsgərləri yararsız hala salıb.

Məlumata görə, ABŞ dronları atəş mövqelərini və müqavimət mərkəzlərini yatırmaq üçün istifadə edilib. “Biz ayıq-sayıq idik, amma birdən, heç bir izah olmadan bütün radar sistemlərimiz söndü. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxlu sayda dronlar oldu. Uçuş anında onlar nəsə naməlum bir şey buraxdılar. Bunu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox güclü bir səs dalğası kimi idi. Birdən sanki başımın içəridən partladığını hiss etdim. Hamımızın burnumdan qan axmağa başladı. Bəziləri qan qusurdu. Yerə yıxıldıq, tərpənə bilmədik”, – deyə “New York Post” qəzeti Maduronun təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin sözlərini sitat gətirir.

(AzPost)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]