"X" sosial şəbəkəsinə beynəlxalq qadağa qoyula bilər

12-01-2026, 12:28           
"X" sosial şəbəkəsinə beynəlxalq qadağa qoyula bilər
Böyük Britaniya hökuməti Avstraliya və Kanada hökumətləri ilə "X" platformasına girişə qadağa qoymaq imkanını müzakirə edir.

Bu barədə "GB News" məlumat yayıb.

Məlumata görə, rəsmi London sosial şəbəkəyə inteqrasiya olunmuş və istifadəçinin tələbi ilə açıq-saçıq şəkillər yaradan "Grok" çatbotundan narahatdır.

Bildiriilr ki, Avstraliya və Kanada Böyük Britaniyanın Baş naziri Kir Starmerin narahatlıqlarını bölüşürlər.

Qeyd edək ki, bugünlərdə analoji səbəbdən İndoneziya və Malayziya "Grok" çatbotunu bloklayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]