İranda etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb

13-01-2026, 09:44           
İranda etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb
İranda artıq üçüncü həftədir davam edən etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb.

Tribuna.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilat həmçinin qeyd edib ki, ölənlərin dəqiq sayı daha yüksək ola bilər.

Ölənlərin 503 nəfəri nümayişçi, 69 nəfəri isə təhlükəsizlik qüvvələrinin nümayəndələridir.

Həmçinin etirazların başlanğıcından bəri 10 600-dən çox insanın saxlanıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]