Moldova prezidenti bu ölkə ilə birləşməyi dəstəklədiyini bildirdi

13-01-2026, 11:44           
Moldova prezidenti bu ölkə ilə birləşməyi dəstəklədiyini bildirdi
Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə bu məsələ üzrə referendum keçirilsəydi, Moldovanın Rumıniya ilə birləşməsinin lehinə səs verərdi.

APA xəbər verir ki, Sandu bunu britaniyalı jurnalistlər Rori Stüart və Alaster Kempbellə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Moldovada Rumıniya ilə birləşməni dəstəkləyən çoxluq yoxdur.Eyni zamanda Sandu qeyd edib ki, vətəndaşların əksəriyyəti Avropa İttifaqına üzvlüyü dəstəkləyir və bu səbəbdən o, "Avropa yolu"nu daha real hesab edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]