ABŞ vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı

13-01-2026, 12:48           
ABŞ vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı
ABŞ Dövlət Departamenti İrandakı Amerika vətəndaşlarına təcili xəbərdarlıq edib.

News365.az xəbər verir ki, vətəndaşlara Ermənistan və Türkiyə ilə quru sərhədlərdən keçərək ölkəni tərk etməyi düşünməyə çağırıb.

Xəbərdarlıq kütləvi etirazlar və nümayişlərin zorakılıqla yatırılması fonunda "ABŞ-nin İrandakı virtual səfirliyi"nin saytında yerləşdirilib.

Gedə bilməyən amerikalılara evlərində və ya başqa təhlükəsiz binada təhlükəsiz yer axtarmaq, qida, su, dərman və digər zəruri ləvazimatlarla ehtiyat görmək tövsiyə olunur.

Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına diqqətdən kənarda olmağı, nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı, planları düzəltməyə hazır olmağı və ABŞ hökumətinin köməyindən asılı olmayan təcili plana sahib olmağı tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]