Saar: İsrail BMT-nin bir sıra qurumları ilə əlaqələri kəsir

14-01-2026, 11:18           
Saar: İsrail BMT-nin bir sıra qurumları ilə əlaqələri kəsir
İsrail BMT-nin bir neçə qurumu və beynəlxalq təşkilatlarla əlaqələrini kəsəcək.

"The Times of Israel" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib.

Onun sözlərinə görə, bu qərar qurumların İsrailə qarşı qərəzli münasibəti ilə əlaqədar qəbul edilib.

"İsrail İŞİD və "Boko Haram" ilə yanaşı bu siyahıya düşən yeganə demokratik ölkədir", - məlumatda qeyd olunub.

Qurumdan bildirilib ki, İsrailin digər BMT qurumları ilə əlaqələrini araşdırmağa davam edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]