Avropanın ən zəngin adamı sayılan Bernar Arno Mənəvi və Siyasi Elmlər Akademiyasına üzv seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə WWD məlumat yayıb.
Məlumata görə, mərasim Parisdə baş tutub.
Qeyd edək ki, bu akademiya Fransanın ən nüfuzlu qurumlarından biri hesab olunur. Onun ömürlük üzvləri "Ölümsüzlər" titulunu daşıyır və akademiyanın özü də tez-tez "Ölümsüzlər Klubu" adlandırılır.
Xatırladaq ki, "Bloomberg"ə əsasən hazırda Arnonun sərvəti 208 milyard dollardır və o dünyanın ən zəngin insanları arasında 7-ci, Avropanın ən zəngin insanları arasında isə 1-ci yerədidr. Onun LVMH holdinqi özündə "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Chaumet" və digər məşhur dəb brendlərini birləşdirir.