Uelsdə ən böyük qədim Roma villasının xarabalıqları aşkarlandı

14-01-2026, 16:38           
Uelsdə ən böyük qədim Roma villasının xarabalıqları aşkarlandı
Suonsi Universitetinin arxeoloqları Port-Tolbot (Uels) şəhərətrafı ərazisində yerləşən Marqama parkında Qədim Roma dövründən qalma nəhəng villanın xarabalıqlarını aşkar ediblər.

Bu barədə "Kommersant" nəşri məlumat verib.

Alimlərin sözlərinə görə, bu tapıntı unikaldır, çünki miqyasına görə regiondakı bütün məlum abidələri üstələyir.

Əsrlər boyu maral qoruğu olan, hazırda isə yerli sakinlər və turistlər arasında populyarlıq qazanan Marqama parkındakı tədqiqat yerli hakimiyyət orqanlarının və məktəblilərin iştirakı ilə regionun tarixi irsinin öyrənilməsi üzrə layihə çərçivəsində aparılıb. Ərazi georadar vasitəsilə araşdırılıb və torpaq sahələrindən birində 1 metrdən az dərinlikdə çox sayda qədim tikililərin izləri aşkar edilib.

Əldə edilən məlumatlar əsasında alimlər qədim Roma mülkünün planını çəkiblər. Onun sahəsi 572 kvadratmetr təşkil edib. Əsas evin bütün fasad boyunca uzanan iki qanadı və verandası var. 14 otaq iki dəhlizlə birləşdirilib. Evin yanında köməkçi tikililər, bir az kənarda isə 354 kvadratmetrlik bina var ki, onun ya tövlə, ya da çox sayda insanın iştirak etdiyi tədbirlər üçün zal olduğu ehtimal edilir. Villanın bütün ərazisi möhkəm divarla əhatə olunub. Alimlər kəşfin miqyasını və əhəmiyyətini nəzərə alaraq, onu "Port-Talbot Pompeyi" adlandırıblar və əmindirlər ki, bu, Cənubi Uelsin tarixi haqqında təsəvvürləri kəskin şəkildə dəyişdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]