Britaniya Qətərdəki aviabazadan hərbçilərinin bir hissəsini təxliyə edir 15-01-2026, 09:38 Yaxın Şərqdə gərginliyin artması fonunda Böyük Britaniya Qətərdə yerləşən Əl-Udeyd aviabazasından hərbçilərinin bir hissəsini təxliyə edir.Bu barədə "Daily Mail and General Trust" media qrupuna daxil olan "i" qəzeti mənbələrə istinadən məlumat yayıb.Nəşr yazır ki, britaniyalı hərbçilər həmin aviabazada ABŞ Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə yerləşdirilib. Facebook-da paylaş