ABŞ-nin Qrenlandiya planı və nazirlərin ani çıxışı: Ağ Evdə nələr baş verir?
15-01-2026, 11:18
Ağ Evdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt arasında görüş keçirilib.
Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.
Bildirilir ki, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Ağ Evdəki danışıqları görüşün başlanğıcından 1.5 saat keçməmiş tərk ediblər.
Xatırladaq ki, 2026-cı ilin yanvarında ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyi təmin etmək üçün Vaşinqtonun Qrenlandiya adasını ələ keçirmək planları barədə bəyanat vermişdi.