Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq

16-01-2026, 08:34           
Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi süni intellekt texnologiyası əsasında fəaliyyət göstərəcək “İmam AI” mobil tətbiqini istifadəyə verəcək.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Ali Müftisi Naurızbay hacı Taqanulı məlumat verib.
Onun sözlərinə görə, tətbiqin 2026-cı ildə təqdim edilməsi planlaşdırılır.

Müfti bildirib ki, proqramın əsas məqsədi etibarlı mənbələrə istinadən dindarların suallarına operativ cavab vermək və ruhanilərin üzərinə düşən iş yükünü azaltmaqdır:

“Müasir tələblərə uyğun olaraq, süni intellekt imkanlarını dini sahəyə sistematik şəkildə tətbiq etməliyik”.

Qeyd edək ki, bu il Qazaxıstanda “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]