"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb

16-01-2026, 15:18           
"Boeing" və "Airbus"a Çin rəqibi 2025-ci ildə tam iflasa uğrayıb
ABŞ ilə sanksiyalar və ticarət müharibəsi fonunda Çin şirkəti COMAC 75 ədəd C919 təyyarəsinin aviakompaniyalara çatdırılması üzrə ilkin planını həyata keçirməkdə ciddi çətinliklərlə üzləşib.

Valyuta.az xəbər verir ki, dövlət aviakompaniyaları "Air China", "China Eastern" və "China Southern" yalnız 15 təyyarə alıblar.

Problemin kökü - amerikan komponentləridir. Məsələ ondadır ki, Çin təyyarələrinin böyük hissəsi xarici komponentlərdən ibarətdir və onların çoxu amerikalı şirkətlər tərəfindən təmin olunur.

Xüsusilə, bu, mühərriklər və avionik sistemlərə aiddir (müvafiq olaraq CFM və "Honeywell" şirkətləri təmin edir), onların çatdırılması isə keçən il ABŞ prezidenti Donald Trampın göstərişi ilə dayandırılıb.

Daha kiçik model olan C909-dan isə yalnız 5 təyyarə təhvil verilib, bu, əvvəlki beş ildə illik orta 27 təyyarə göstəricisindən xeyli aşağıdır.

Eyni zamanda, 2025-ci ildə COMAC üçün müsbət məqamlar da olub. Məsələn, şirkət ilk təyyarəsini lizinqə verib və C919 pilotlarının hazırlığı üçün ilk simulyatoru işə salıb.

C919 – Çin istehsalı dar gövdəli orta məsafəli sərnişin təyyarələri ailəsidir. Bu, Şanxay Y-10 eksperimental təyyarəsindən sonra Çin tərəfindən dizayn edilən və istehsal olunan ən böyük sərnişin təyyarəsidir.

Keçən il ABŞ prezidenti Donald Tramp Çin üçün reaktiv mühərriklərin əsas amerikalı komponentlərinin və texnologiyalarının ixracını qadağan edib ki, bu da C919-a zərbə vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]