Trampdan İrana qarşı yeni hərbi addım: ABŞ Yaxın Şərqə qüvvə göndərdi
17-01-2026, 12:34
ABŞ hökuməti Yaxın Şərqdə hava, quru və dəniz qüvvələrinin mövcudluğunu artıraraq prezident Donald Trampa İrana qarşı mümkün hərbi variantlar təqdim etməyi planlaşdırır.
Fox Newsun məlumatına görə, ABŞ aviadaşıyıcı gəmilərindən biri artıq regiona doğru hərəkət etməyə başlayıb.
Əlavə HHM sistemlərinin yerləşdirilməsi isə ABŞ obyektlərinin və İsrailin təhlükəsizliyini gücləndirməyə hesablanıb.
ABŞ rəsmiləri bildirir ki, Mərkəzi Komandanlıq (CENTCOM) zonasındakı hərbçilərin sayı təxminən 30 min nəfərdir. “Reuters” isə xəbər verir ki, İran hakimiyyəti ölkə daxilində etirazları böyük ölçüdə nəzarət altına alıb, təhlükəsizlik tədbirləri sərtləşdirilib və internetə çıxış məhdudlaşdırılıb.
Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransı İran rəsmilərinə göndərilmiş dəvətləri ləğv edib. ABŞ isə Cənubi Afrikanın İranı hərbi-dəniz təlimlərinə dəvətini tənqid edib.//globalinfo.az