İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi

17-01-2026, 12:24           
İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi
İsveçrə Rusiya neftinin daşınması ilə bağlı məhdudiyyətləri pozan daha 41 tankeri sanksiya siyahısına əlavə edib.

Teleqraf xəbər verir ki, Azərbaycan vətəndaşları Anar Mədətli (2Rivers Group-un həmtəsisçisi və direktoru), Tələt Səfərov (2Rivers Group-un həmtəsisçisi) və Etibar Eyub (Coral Energy/2Rivers-in təsisçisi) da daxil olmaqla beş azərbaycanlının adları sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, daha öncə Avropa İttifaqı Tələt Səfərov və Etibar Eyyuba "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorlarda iştirakı"na görə sanksiya tətbiq edib.
Tələt Səfərov əvvəllər "Coral Energy" kimi tanınan və neft ticarəti ilə məşğul olan "Rivers" şirkətlər qrupunda yüksək vəzifə (CEO) tutur. Bu qrup, xüsusən də Rusiyanın dövlət neft şirkəti Rosneftin neft tədarükü və ixracını həyata keçirir.

Etibar Eyub "Coral Energy" daxil olmaqla, bir sıra şirkətlər şəbəkəsini təsis edib və idarə edir.

Xatırladaq ki, bu il oktyabrın 15-də Böyük Britaniyanın Rusiyaya qarşı açıqladığı sanksiya paketində də hər iki azərbaycanlının adları olub.

Həmin sanksiya siyahısında "Lukoil”in prezidenti Vahid Ələkbərov, "Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov, onunla əlaqəli olan Zarax İliyev, "Coral Energy Group” neft ticarət şirkətinin rəhbərləri Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub və Tahir Qarayevin, həmçinin "Zəngəzur” şirkətinin rəhbəri Şükürovun və azərbaycanlı telejurnalist Nailə Əsgərzadənin adları yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]