Danimarka ABŞ-yə qarşı ayağa qalxdı - VİDEO

18-01-2026, 09:18           
Danimarka ABŞ-yə qarşı ayağa qalxdı - VİDEO
Danimarka və Qrenlandiyada ABŞ-nin ada ilə bağlı planlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Bakupost.az xəbər verir ki, paytaxt Kopenhagendə yüzlərlə nümayişçi şəhər meriyasının qarşısında toplaşaraq ABŞ səfirliyinə doğru yürüş edib.
Aksiya iştirakçıları “Qrenlandiyadan əllərinizi çəkin” şüarları səsləndirib, Vaşinqtonun ada üzərində təsirini artırmaq cəhdlərinə etiraz ediblər. Nümayişçilər demokratik prinsiplərə hörmət olunmasını və Qrenlandiya əhalisinin öz müqəddəratını təyinetmə hüququnun toxunulmaz qalmasını tələb ediblər.
Oxşar etiraz çağırışları Qrenlandiyanın özündə də səslənib. Aksiyaçılar adanın gələcəyi ilə bağlı qərarların yalnız yerli əhalinin iradəsi əsasında verilməli olduğunu vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]