TƏCİLİ! Xəbərdarlıq edildi – NATO müharibəyə QOŞULUR!
31-05-2026, 11:28
NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.
TEREF xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.
"NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar", - deyə Draqone qeyd edib./Bakıvaxtı.az/