İkinci Dünya Müharibəsi zamanı ABŞ-dan SSRİ-yə Studebekker yük maşınları Trans-İran Marşrutu ilə göndərilirdi.
8-06-2026, 10:14
İkinci Dünya Müharibəsi zamanı ABŞ-dan SSRİ-yə Studebekker yük maşınları Trans-İran Marşrutu ilə göndərilirdi. Əvvəlcə maşın hissələri gəmilərlə ABŞ-dan Fars körfəzindəki limanlara (əsasən İranın Buşehr, Bəndər Şahpur və Xorrəmşəhr şəhərlərinə) gətirilirdi. İranda (Əndimeşk və Xorrəmşəhrdə) nəqliyyat vasitələrinin yığılması zavodları yaradılmışdı. Maşınların bir hissəsi Trans-İran Dəmir Yolu vasitəsi ilə, əksəriyyəti isə quru yolla SSRİ-yə çatdırılırdı. Son təyinat yerləri Krasnovodsk (indiki Türkmənbaşı, Türkmənistan), Bakı və Culfa (Azərbaycan) şəhərləri idi Эльдар Тагиев TEREF