BMT sözçüsü təşkilatın müflis olmasının mümkün tarixi barədə açıqlama verib
2-06-2026, 12:18
BMT üzv dövlətləri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırsa da, vəsaitlərin tam tükənəcəyi kritik tarixi dəqiq göstərə bilmir.
Bunu "RIA Novosti"yə açıqlamasında BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
"Qiyamət günü ssenarisi üçün müəyyən edilmiş konkret bir tarix yoxdur", - deyə o qeyd edib.
Düjarrikin sözlərinə görə, ötən həftə Çin tərəfindən təxminən 800 milyon dollar məbləğində qismən ödəniş həyata keçirilib. O, bunu "müsbət hal" kimi qiymətləndirib.
Daha əvvəl "The Wall Street Journal" yazmışdı ki, BMT ABŞ və Çindən daxil olan ödənişlərin gecikməsi səbəbindən maliyyə böhranı həddinə yaxınlaşıb.