Milyarder investor sözünü tuta bilmədi, "Bitcoin"ləri satdı

2-06-2026, 16:44           
Milyarder investor sözünü tuta bilmədi, "Bitcoin"ləri satdı
Kriptovalyutanın ən böyük korporativ sahibi - Maykl Seylorun "MicroStrategy" şirkəti bir sikkə üçün orta hesabla 77 135 dollar qiymətinə təxminən 2.5 milyon dollar dəyərində 32 "Bitcoin" satıb.
Bu barədə RBK ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) istinadən məlumat yayıb. Hesabata əsasən, sözügedən əməliyyat 26-31 may tarixləri arasında baş tutub.

"MicroStrategy" "Bitcoin" ehtiyatlarının formalaşdırılması və idarə olunması ilə məşğuldur. Şirkət kriptovalyuta almaq üçün lazım olan vəsaiti qiymətli kağızların yerləşdirilməsi hesabına cəlb edir. Onun təsisçisi Maykl Seylor uzun illər boyu "Bitcoin"ləri heç vaxt satmayacağına dair verdiyi vədlərlə tanınır. O, bir dəfə hətta "Bitcoin" satmaqdansa, böyrəyimi satsam daha yaxşıdır" ifadəsini işlədib.

Lakin "Bitcoin"in məzənnəsinin gözlənildiyi qədər yüksək olmaması və buraxılmış səhmlə istiqrazlar üzrə artan öhdəliklər şirkəti borcların bağlanması üçün ehtiyatları xərcləməyə məcbur edir.

İyunun 1-nə olan məlumata əsasən, "MicroStrategy"nin sərəncamında 843 706 "Bitcoin" qalıb. Şirkət 2020-ci ildən bəri bu aktivlərin alınmasına bir "Bitcoin" üçün orta hesabla 75 700 dollar alış qiyməti ilə ümumilikdə 63.87 milyard dollar xərcləyib. Hazırkı məzənnə ilə şirkətin ehtiyatları 60.8 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, bu, "MicroStrategy" tərəfindən "Bitcoin"ləri satışı ilk deyil. Bundan əvvəlki analoji əməliyyat 2022-ci ilın dekabrında baş verib. O vaxt şirkət vergi strategiyası çərçivəsində 704 "Bitcoin" satmış, lakin cəmi iki gün sonra yenidən 810 "Bitcoin" satın almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru