İngiltərə sahillərində sirli görüntülər - Turistlər ruhlarla rastlaşıblar?

2-06-2026, 17:18           
İngiltərə sahillərində sirli görüntülər -
İngiltərənin Kornuoll sahillərində katerlə gəzintiyə çıxan sərnişinlər dəniz üzərində uçan ruhlara və ya yadplanetlilərin olmasına inanıblar.

Bu barədə "The Mirror" nəşri yazıb.

Məlumata görə, Sent-Ayvs yaxınlığında gəzinti-əyləncə katerinin göyərtəsindəki sərnişinlər qəribə bir mənzərəni müşahidə ediblər. Nəşrin materialında bildirilir ki, sirli miraj sayəsində Kornuoll sahillərində üfüqdə nəhəng fiqurlar peyda olub.

Şahidlər formasını dəyişən müəmmalı fiqurları təsvir ediblər. Üstəlik, turistlərlərdən bəziləri düşünür ki, onların ölçüləri 100 metrdən çox olub.

Öz növbəsində turu təşkil edən şirkət iddia edib ki, bu görüntülər katerin və digər konteyner gəmilərinin vizual sınmasıdır, heyrətləndirici effekt isə nadir optik illüziyadan qaynaqlanıb. Müəyyən atmosfer şərtlərində gəmilər, sahil xətləri və digər obyektlərin havada üzürmüş kimi görünməsi və ya yeni formalar alması mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru