Almaniyada ilk robotaksilər işə salınacaq

2-06-2026, 15:38           
Almaniyada ilk robotaksilər işə salınacaq
"Uber", "Nvidia" və "Autobrains" şirkətləri Almaniyanın Münhen şəhərində sürücüsüz robotaksi xidmətini istifadəyə verməyi planlaşdırdıqlarını elan ediblər.

Bu barədə "Frankfurter Allgemeine" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni xidmət "Uber"in taksi sifarişi platformasını, "Nvidia" tərəfindən hazırlanmış "Nvidia Drive Hyperion" pilotsuz idarəetmə platformasını və "Autobrains" şirkətinin süni intellektə əsaslanan texnologiyalarını özündə birləşdirəcək.

Şirkətlərin birgə bəyanatında xidmətin tam olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmasa da, robotaksilərin artıq bu il fəaliyyətə başlamasının nəzərdə tutulduğu qeyd olunub. Layihənin reallaşması üçün ilk növbədə Almaniyanın müvafiq tənzimləyici qurumlarından rəsmi icazənin alınması tələb olunur.

Həmçinin bildirilib ki, "Autobrains" proqram təminatı ilə təchiz olunmuş xüsusi avtomobil hazırda Münhen küçələrində sınaq rejimində hərəkət edir.

Qeyd edək ki, sürücüsüz taksilər artıq ABŞ və Çində kifayət qədər geniş istifadə olunur. Avropada ilk belə xidmət isə bu ilin may ayının əvvəlində Xorvatiyanın Zaqreb şəhərində fəaliyyətə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru