İsrailli nazir: "Bu gecə Tehran alovlar içində yanmalıdır!"

8-06-2026, 09:44           
İsrailli nazir: "Bu gecə Tehran alovlar içində yanmalıdır!"
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, İrandan İsrail istiqamətinə raket zərbələrinin endirildiyi və SAXAL-ın hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyət göstərdiyi bir vaxtda, İsrail hökumətinin radikal qanadından son dərəcə sərt və hədələyici bəyanat gəlib.

NOCOMMENT.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir (Itamar Ben-Gvir) özünün rəsmi sosial şəbəkə hesabında İrana qarşı dərhal amansız cavab zərbələrinin endirilməsi tələbi ilə çıxış edib.

Nazir Tehrana gecə saatlarında kütləvi aviazərbələrin endirilməsinə çağırış edərək bu kəskin ifadələri işlədib: "Bu gecə Tehran alovlar içində yanmalıdır!"

Ekspertlər Ben-Qvirin bu bəyanatını İsrail hərbi kabinetinə və Baş nazir Benyamin Netanyahuya rəsmi Tehranın növbəti raket hücumuna qarşı ən radikal hərbi ssenarilərdən (o cümlədən strateji obyektlərin vurulması) istifadə edilməsi üçün göstərilən daxili siyasi təzyiq kimi qiymətləndirirlər.

Vəziyyətin daha da kəskinləşəcəyi və İsrail ordusunun cavab addımları barədə rəsmi məlumatlar daxil olduqca təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru