Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır

Bu gün, 12:54           
Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir.

"The Telegraph" xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması və zabitlərin cəbhə xətti boyunca sürətli hərəkətinin təmin edilməsidir.

Məlumata görə, "Vertical Aerospace" startapı 2030-cu ildən etibarən seriya istehsalına başlamağı planlaşdırdığı "Valo" adlı elektrik uçuş aparatını Böyük Britaniya və ABŞ-nin müdafiə qurumlarına təqdim edib.

Şirkətin bildirdiyinə görə, şaquli qalxma və enmə imkanına malik "Valo" modeli müəyyən dəyişikliklərdən sonra hibrid mühərriklə təchiz edilərək hərbi logistikada istifadə oluna bilər. Bundan əlavə, aparatın Kral Donanmasının gəmiləri arasında şəxsi heyətin daşınmasında da tətbiqi nəzərdə tutulur.

İstehsalçılar "Valo"nun əsas üstünlükləri kimi səssiz işləməsini, avtonom idarəetmə imkanını və batareyalarının ön cəbhədə enerji mənbəyi kimi istifadə oluna bilməsini göstərirlər.

Şirkətin məlumatına əsasən, bu tip uçuş aparatlarının istismarı helikopterlərlə müqayisədə xeyli ucuz başa gəlir. Belə ki, "Valo"nun istismar xərci təxminən 1 200-1 500 ABŞ dolları təşkil etdiyi halda, helikopterlər üçün bu göstərici təxminən 10 min ABŞ dollarıdır.

"Valo"nun uçuş məsafəsi təxminən 1 600 kilometr, yükdaşıma qabiliyyəti isə 1.2 tondur. Şirkət ildə 900 belə aparat istehsal etməyi planlaşdırır.

Bununla yanaşı, prototipin bəzi sınaqlarının hələ tamamlanmadığı və sertifikatlaşdırma prosesi ilə bağlı müəyyən risklərin qaldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru