Boş tabuta qılınan cənazə namazı - Qum ayətullahlarının fitvasına qarşı ayətullah Məkarim Şirazinin uydurması..
Bu gün, 12:48
Ortada cəsəd yoxdu, boş tabut var Qum ayətullahlarının dediyinə görə, cənazə olmadan Əli Xameneinin boş tabutuna cənazə namazı qılmaq şəri baxımdan tamamilə “batil və haram” sayılır. Amma SEPAH-ın Tehran üzrə komandiri Həsənzadə bunu əsaslandırmaq üçün problemin nümayiş otağının konstruksiyasından qaynaqlandığını iddia edib. Hərbi ekspertlər isə deyirlər, güclü bombardman nəticəsində cəsəd ciddi şəkildə parçalanıb və cəsədin qalığlarının belə tapılması və mumiyalanması mümkün olmayıb. Buna görə də toplana bilən bəzi hissələrin ancaq mənfi 20 dərəcə temperaturda saxlanılmasına qərar verilib. Bu vəziyyətdən çıxmaq üçün rejim özünə yaxın olan ayətullah Məkarim Şirazinin adından belə bir fitva uydurub ki, Məkarim Şirazi deyir; “Əgər namaz qılanlara cəsədin tabutun içində olduğu bildirilsə, bu kifayətdir və tabutun içində cəsədin olub olmaması zəruri deyil.” Sadiq Isabeyli