"Putin ABŞ-ın Müstəqillik Günü ərəfəsində şou təşkil etdi" - ISW

Bu gün, 09:34           
"Putin ABŞ-ın Müstəqillik Günü ərəfəsində şou təşkil etdi" - ISW
Putinin Konstantinovka ilə bağlı bəyanatlarını informasiya kampaniyasının tərkib hissəsidir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.

Konstantinovka ilə bağlı iddialar həqiqəti əks etdirmir

ISW bildirir ki, Rusiya ordusu Konstantinovka üzərində tam nəzarət əldə etməyib. Analitiklərin fikrincə, şəhərdə əsasən kiçik diversiya qrupları fəaliyyət göstərir və onlar Ukrayna mövqeləri ilə qarışıq vəziyyətdədir.

ISW hesab edir ki, Vladimir Putinin Konstantinovkanın guya tam ələ keçirilməsi barədə bəyanatı və generallarla keçirdiyi nümayişkaranə görüş ABŞ-ın Müstəqillik Günü ərəfəsində Qərb mediasına təsir göstərmək məqsədi daşıyıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da şəhərin hələ də Ukraynanın nəzarətində olduğunu açıqlayıb.

Kreml daxilində narazılıq artır

Bu arada "The Hill" nəşri yazır ki, Rusiyada müharibə ilə bağlı narazılıqlar artıq hakim elitanın nümayəndələri arasında da açıq şəkildə səsləndirilir. Nəşrin məlumatına görə, iqtisadi problemlər, inflyasiya, yanacaq çatışmazlığı və Ukraynanın uzaqmənzilli zərbələri Kremlə təzyiqi artırır.

Rusiyanın ən böyük bankı olan "Sberbank"ın rəhbəri German Qref də döyüşlərin mümkün qədər tez başa çatmasının vacibliyini bəyan edib. Analitiklər hesab edir ki, cəbhədəki vəziyyət və iqtisadi çətinliklər Putinin üzləşdiyi daxili təzyiqi getdikcə gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru