Xristinalıqda bir mələk var – Lüsifer.
Bu gün, 00:05

Şeytanın əkiz tayıdır. Latınca adının mənası “işıq gətirən” deməkdir. İslamda iblisin başına gələn bütün əhvalatlar İncildə Lüsiferin başına gəlir.
Lüsifer ağılın və gözəlliyin vəhdətindən yaradılmış bir mələkdir və buna görə də ilahi səltənətdə narsizmə, özünəvurğunluq xəstəliyinə yoluxur, nəhayət, Tanrı tərəfindən yer üzünə qovulur, ancaq rəvayətə görə, Lüsiferin paraşütü Asiyaya, dinlər, peyğəmbərlər vətəni olan, üç mədəniyyətin (Şumer, Hind, Misir) qovuşduğu məlum məkana deyil, Afrikaya enir.
Lüsiferin adı dini mühitdən daha çox, sənət mühitində məşhurdur. Aristotelin “Poetika”sından üzü bu yana sənət aləmində belə bir fikir hakimdir ki, əsl sənətin içində bir Lüsiferlik olmalıdır, yəni şeytanilik. Lüsiferin nəfəsi dəyməyən əsər estetikadan, gözəllikdən məhrumdur.
Tolstoy deyirdi ki, müəllif yaşadığı duyğuları başqalarında da yaşada biləndir. Bir şair, yaxud rəssam başqalarında yaşada biləcəyi duyğularda həm də özünün yaşayacağını düşünür, ən azı, xəyal edir. Bizi mənəvi cəhətdən zənginləşdirən və cılızlaşdıran da bizdə yaşayanların dünyagörüşüdür.
Avropa keşişləri aydınlanmanın fəlsəfəsini yaradan Kantı təhqir etmək məqsədilə öz itlərini “Kant” deyə çağırırdılar, amma moizələrində ölü eşşəkdə gözəllik görən İsadan danışırdılar.
Həm də İsanın ölü eşşəyə ağlın və gözəlliyin vəhdətindən yaradılmış Lüsiferin gözləriylə baxdığını anlamadan...
Игидай Дадашов

