Kremldən Zelenskinin təklifinə cavab: "Moskvaya gəlin"

Bu gün, 10:04           
Kremldən Zelenskinin təklifinə cavab:
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Vladimir Zelenskinin Konstantinova şəhərində görüş təklifinə münasibət bildirib.

"Komsomolskaya pravda" radiosuna müsahibə verən Peskov, rəsmi Moskvanın bu təklifi dolayısı ilə rədd etdiyini və şərtini açıqladığını bildirib.

"Əgər cənab Zelenski bununla Rusiya Federasiyasına gəlməyə hazır olduğunu ifadə edirsə, biz bunu alqışlayırıq. Lakin xatırlatmaq istəyirik ki, Prezident Putin onu Moskvada qəbul etməyə hazır olduğunu demişdi. Nəticə etibarilə, Rusiya Federasiyasının paytaxtı Konstantinova deyil, Moskvadır", - deyə Peskov qeyd edib.

Mətbuat katibi əlavə edib ki, Zelenski "vacib və məsuliyyətli qərar qəbul etməyə hazır olduğu an" Moskvaya gələ bilər. Peskovun sözlərinə görə, həmin qərarların nədən ibarət olduğu Kiyev rejiminə çoxdan və yaxşı məlumdur.

Qeyd edək ki, Kremlin Konstantinovanın tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçdiyini iddia etməsindən sonra, Vladimir Zelenski bu bəyanatı "növbəti rus yalanı" adlandırıb və Putinə həmin şəhərdə görüşməyi təklif etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru