Misirdə maraqlı kəşf: Qumlar altından qədim şəhər üzə çıxdı - FOTO

Bu gün, 16:58           
Misirdə maraqlı kəşf: Qumlar altından qədim şəhər üzə çıxdı - FOTO
Arxeoloqlar Misirin Qərb səhrasında Bizans dövrünə aid, yaxşı qorunub saxlanılmış qədim şəhər aşkar ediblər.

Oxu.Az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Daxla vahəsində aparılan qazıntılar zamanı IV əsrə aid yaşayış məhəllələri, bazilika, iki gözətçi qülləsi, müdafiə divarları, həmçinin qəbul zalları və tağvari damları olan yaşayış evləri üzə çıxarılıb.

Arxeoloqlar həmçinin çörək bişirmək üçün sobalar, mətbəx qabları, dən üyütmək üçün alətlər, Roma imperatoru II Konstansinin hakimiyyəti dövrünə aid tunc və qızıl sikkələr, eləcə də üzərində ticarət müqavilələri də daxil olmaqla müxtəlif mətnlər yazılmış 200-ə yaxın keramika parçası aşkar ediblər.

Bundan başqa, Marina əl-Alameyn arxeoloji abidəsi ərazisində 18 qədim məzar tapılıb. Tapıntılar arasında içərisində insan qalıqları olan 2.5 metr uzunluğunda qranit sarkofaq, sfinksi təsvir edən gips heykəl və həmin dövrün dəfn ənənələrinə uyğun olaraq ölülərin ağzına yerləşdirilmiş qızıl sikkələr də var.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru