Azəriqaz rəhbərliyinə dərin və "xüsusi" təşəkkürümü bildirirəm.

Bu gün, 12:59           
Azəriqaz rəhbərliyinə dərin və "xüsusi" təşəkkürümü bildirirəm.
Doğrudan da, çilingərləri, mühəndisləri işdən çıxarmaq kimi "uzaqgörən" qərarlar şirkətin parlaq gələcəyinə aparan ən qısa yoldur. Axı işi görən adamlar olmayanda problemlər də kağız üzərində yoxa çıxır.
Bir xahişimiz də var. Heç olmasa biz qara fəhlələrin maaşını vaxtında köçürün. Narahat olmayın, o maaşla nə villa alacağıq, nə də bahalı maşın. Onsuz da maaşımız yalnız çörəyə və suya çatır.
Deyirlər, quldarlıq dövründə qullara heç olmasa çörək və su verilirdi ki, işləyə bilsinlər. Biz isə müasir dövrdə yaşayırıq – görünür, inkişaf elə bir həddə çatıb ki, artıq çörək və suyu da maaş gələndən sonra almaq lazımdır. Maaş isə gəlməyə tələsmir.
Yenə də təşəkkürlər. Çünki insanı işləmək yox, səbr etmək peşəkarlaşdırır. Bu sahədə isə artıq hamımız əsl mütəxəssis olmuşuq.
Dasqin Abbasov
TEREF ·












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru