Dünya nəhənglərinə qalib gələn və öz milli köklərini bu günə daşıyan və bununla da qələbələr qazanan Norveç !

Bu gün, 15:08           
Dünya nəhənglərinə qalib gələn və öz milli köklərini bu günə daşıyan və bununla da qələbələr qazanan Norveç !
Dünya çempionatı başlanandan azarkeşlərin milli kimlik fonunda birliyi, mədəniyyətlərini dünyaya təqdim edən bir ölkə xüsusilə seçilirdi. Norveç. Dünyada yeganə dövlətlərdən biridir ki, illərdir xöşbəxt insanlar ölkəsi kimi siyahıda ilk yerləri tutur..
Skandinaviya mədəniyyətinin bir parçası olaraq, norveçli azarkeşlər hər zaman aqressiyadan uzaq, rəqibə hörmət edən və sivil dəstək nümayiş etdirən kütlə kimi tanınırlar.
Xüsusilə Norveç başda olmaqla dünyanın hər yerində hazırda 2026-cı il çempionatının Vikinq Avarçəkməsi trendi sürətlə yayılır və hər kəs bunu çox sevərək qəbul edir. Tribunadan zərb səsi gələn kimi stadiondakı minlərlə norveçli azarkeş eyni anda yerə əyləşir. Hamı sanki qədim vikinq gəmisində əyləşibmiş kimi əllərini irəli-geri hərəkət etdirərək sinxron şəkildə avar çəkməyə başlayır və hamı bir ağızdan göy gurultusu kimi gurlayan "RO!" (Norveç dilində "Avar çək!") nidasını qışqırır.
Bilirsiniz bu necə gözəl mədəniyyət təbliğatı olmaqla yanaşı milli kimlik, keçmişə bağlığın müsbət göstəricisidir. Hər kəs isə Vikinqləri barbar və vəhşi hesab edirdi. Norveçin qələbələrinin arxasında isə sadəcə fiziki hazırlıq və ya taktika dayanmır. Bunun kökündə çox dərin, əsrlərlə formalaşmış mədəni, sosial və psixoloji genlər dayanır.
Vikinqlər əsasən seçilmiş qəbilə başçılarının rəhbərlik etdiyi nisbətən kiçik qruplardan ibarət idi.Viking sözü əslində qədim isveçrədə 'basqın etmək' deməkdir. Avropa onların kimliyini və gücünü çox görüb.
Vikinq psixologiyasına görə ölüm vaxtınız artıq təyin olunubsa, döyüş meydanından qaçmağın heç bir mənası yox idi. Bu inanc vikinqlərə qorxu hissini tamamilə üstələməyə və döyüşdə inanılmaz bir cəsarət nümayiş etdirməyə kömək edib. Vikinqləri Avropa dünyaya barbar kimi təqdim etməyə cəhd edib. İllərlə Avropalı yazarlar və tarixçilər onlar barədə olmazın əfsanələr yaradıblar və onları mədəniyyətdən uzaq bir cəmiyyət kimi təqdim ediblər.
Lakin Skandinaviya bunu dünyaya əksini sübut elədi. Skandinaviya mədəniyyətinin ən təməl yazılmamış qanunlarından biri "Janteloven" dir, yəni "Sən özünü başqalarından üstün hesab etməməlisən." Buna görə də Norveç dünyaya göstərdi ki, öz mədəni dəyərlərinə bağlı olaraq qalib gəlmək üçün "Mən" yox, "Biz" anlayışı olmalıdır hər bir Norveçlidə.
Güclü mədəniyyətdə sahib olan millətlərdə, xüsusilə Skandinavlarda hər kəs bilir ki, qələbə qazanmaq üçün hamı eyni dərəcədə tər tökməlidir. O avarçəkmə ritualı da məhz bu ortaq əməyin, eyni gəmidə olmanın simvoludur.
Norveç millisini güclü edən təkcə taktiki sxemlər deyil, köklərindən gələn intizam, bərabərlik və kollektiv ruhdur. Onlar keçmişin döyüşçü mentalitetini müasir idmanın etik qaydaları ilə mükəmməl şəkildə birləşdirə biliblər.
Ona görə də dünyada insanların xöşbəxtlik ölçüsü yüksək olan bir dövlət yarada biliblər.
Onun adı Norveçdir!
Dünya nəhənglərinə qalib gələn və öz milli köklərini bu günə daşıyan və bununla da qələbələr qazanan Norveç !
Yoxsa bizim kimi öz keçmişinə, mədəniyyətinə, tarixinə, kimliyinə nifrət edən xalqı olan Azərbaycan? Ona görə də Azərbaycanda komanda ruhu olmayacaq və komanda olaraq da qalib ola bilməyəcik. Halbuki bizim keçmişimiz və mədəniyyətimiz daha məhəngdir. Ancaq xalq o xalq deyil daha.
Heyf.
Norveçə isə uğurlar
Prof.Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru